Sarayda, 30 avqust zǝfǝr bayramı münasibǝtiylǝ ziyafǝt

Prezident Rəcəb Tayyib Ərdoğan, 30 Avqust Zəfər Bayramı münasibǝtiylǝ "Baş komandir" qismindǝ ilk dəfə Prezident aparatında ziyafǝt verib

371928
Sarayda, 30 avqust zǝfǝr bayramı münasibǝtiylǝ ziyafǝt

Ziyafǝtǝ TBMM sədri İsmət Yılmaz, Baş nazir Əhməd Davudoğlu, Baş qərargah rǝisi General Hulusi Akar ilə müvəqqəti Nazirlər Kabinetinin yeni üzvləri, ordu komandirləri, şəhid ailǝlǝri, qazilər, alimlər, iş adamları vǝ qeyri-hökumət təşkilatlarının nümayəndələrinin dǝ yer aldığı 1800 nǝfǝr qatılarkǝn, CHP, MHP və HDP liderləri iştirak etmǝyiblǝr.
Şəhidlərin xatirǝsinǝ oxunan Quran-ı Kərim və dualar ilə başlayan ziyafǝtdǝ, Selçukludan -Osmanlıya təqdimat filmi izlənilib.
Prezident Rǝcǝb Tayyıb Ərdoğanın, Türkiyə və dünyanın müxtəlif bölgələrində vəzifə icra edǝn Türk əsgərləri ilə görüntülü ǝlaqǝ yaradması maraq oyandırıb.
Ərdoğan, Kosovo vǝ Bosniya və Herseqovina Türk Təmsil Heyət Başçılığı və Hind Okeanında hǝrǝkǝt halindǝ olan TCG-Gemlik hǝrbi gǝmi ilǝ görüntülü ǝlaqǝ yaradaraq son vǝziyyǝt haqqında məlumat alıb.
Bu il, Zəfər Bayramı münasibǝtiylǝ verilǝn ziyafǝtdǝ, terror hadisələri səbəbiylə atǝşfişanlıq olmayıb vǝ konsert verilmǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr