Üç ölkǝnin Xarici İşlǝr nazirlǝrinin Antalyada görüşü

Xarici İşlǝr naziri Mövlüd Çavuşoğlu, Antalyada keçirilən üçtərəfli toplantı çərçivəsində Azərbaycan vǝ Türkmənistan Xarici İşlər nazirlərilǝ görüşüb.

371101
Üç  ölkǝnin Xarici İşlǝr nazirlǝrinin Antalyada görüşü

Xarici İşlǝr naziri Mövlüd Çavuşoğlu, Antalyada keçirilən üçtərəfli toplantı çərçivəsində Azərbaycan vǝ Türkmənistan Xarici İşlər nazirlərilǝ görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pislənib, terror qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.
Tərəflər regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağından məmnunluğunu bildiriblǝr.
Görüşdǝ Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi vurğulanıb.
Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi dǝ qeyd olunub. Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə da görüşdǝ dilǝ gǝtirilib.
Nazirlǝr üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyəti vurğulayıblar. Bu formatda olan yığıncaqların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da müzakirələr aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr