Millət vəkillərinə dəvət məktubları göndərilib

Dəvətə 27 avqust saat 18:00-ǝ dǝk cavab verməlidir

369832
Millət vəkillərinə dəvət məktubları göndərilib

Hökuməti qurma vəzifəsini alan Baş nazir Əhməd Davudoğlu, nazirliyin təklif etdiyi millət vəkillərinə dəvət məktublarını göndərib. Müvəqqəti nazirlər kabinetində yer alması üçün CHP-dən Ərdoğan Torpaq, Dəniz Baykal, Ayşe Gülsün Bilgehan Toker, İlhan Kəsici və Tekin Bingöl, MHP-dən Kenan Tanrıkulu, Tuğrul Türkeş, Meral Akşener, HDP-dən isə Lǝvǝnt Tüzǝl, Müslüm Doğan və Ali Haydar Koncaya dəvət göndərilib. Dəvət məktubları Baş nazir tərəfindən imzalanıb. Millət vəkillərindən, dəvətə 27 avqust saat 18:00-ǝ qədər cavab vermələri istənilib. Bu dəvətlər mənfi cavablandığı təqdirdə müstəqil namizədlərə nazirlik təklif ediləcək. Hökümət Baş nazir Əhməd Davudoğlu tərəfindən 29 avqust tarixinədək qurulmalıdır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr