Rəcəb Tayyib Ərdoğan İsmət Yılmazı qəbul edəcək

Prezidentin erkǝn seçki qərarı alması gözlənilir.

339784
Rəcəb Tayyib Ərdoğan İsmət Yılmazı qəbul edəcək

Ötən gün hökuməti qurmaq üçün 45 günlük müddət başa çatıb. Hal hazırda bütün diqqət prezident Rəcəb Tayyib Ərdoğana cəmlənib. Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı qəbul edəcək Ərdoğanın seçki qərarı alması gözlənilir. Seçki qərarı Nazirlər Kabineti tərəfindən 48 saat ərzində elan edilməlidir. Seçkinin yenilənmə qərarı “Rəsmi” qəzetdə nəşr olunduqdan sonrakı 5 gün ərzində, seçki hökuməti qurulmalıdır.
Baş nazir Əhməd Davudoğlu jurnalistlərin seçki ilə bağlı suallarını cavablandırıb. Seçki hökumətini qurma vəzifəsi ona həvalə ediləcəyi təqdirdə atacağı addımları açıqlayıb. Davudoğlu "Bütün partiyalara təklif göndərəcəyəm. Razılaşıb razılaşmamaq onların seçimidir. Məncə təklifdən imtina edilməməlidir. Bütün partiyalardan təmsilçi olsa cəmiyyət də razı qalar” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr