"Türkiyǝ DEAŞ-a heç vaxt dǝstǝk olmayıb", V.Bozkır

Avropa İttifaqı naziri Volkan Bozkır “Focus”(Foks) jurnalına müsahibǝ verib.

337726
"Türkiyǝ DEAŞ-a heç vaxt dǝstǝk olmayıb", V.Bozkır

“Heç bir Avropa ölkǝsi Türkiyǝ qǝdǝr terror tǝşkilatı DEAŞ ilǝ mübarizǝ etmǝyib”.
Bunu Avropa İttifaqı naziri Volkan Bozkır “Focus”(Foks) jurnalına verdiyi müsahibǝdǝ deyib.
Türkiyǝnin DEAŞ-a heç vaxt dǝstǝk olmadığını vurğulayan nazir bu terror tǝşkilatına qarşı mübarizǝ üçün klassik olmayan hǝrbi dǝstǝlǝrin yaradılmasını istǝyib.
Volkan Bozkır PYD-nin Türkiyǝ sǝrhǝdindǝ bir kürd bölgǝsi yaratmasına icazǝ vermǝyǝcǝklǝrini qeyd edǝrǝk bildirib ki, ABŞ ilǝ Türkiyǝ PYD vǝ DEAŞ-ın olmadığı tǝhlükǝsiz bölgǝ qurulması barǝdǝ razılıq ǝldǝ etmişdir. Hǝmin tǝhlükǝsiz bölgǝdǝ yeni şǝhǝrlǝr salmağı vǝ mühacirlǝri orada yerlǝşdirmǝyi istǝyirik.
Türkiyǝnin bölgǝdǝki siyasi fǝallığının hǝrbi gücündǝn daha önǝmli olduğuna diqqǝt çǝkǝn nazir “İran vǝ Rusiya ilǝ yaxşı ǝlaqǝlǝrimiz var. Suriyada Әsǝdin olmadığı yeni bir hakimiyyǝtin olması üçün cǝhd göstǝririk”- deyǝ dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr