Türkiyə Avropa İttifaqının 5-ci böyük ortağıdır

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında ticarət həcmi günbəgün artır.

332549
Türkiyə Avropa İttifaqının 5-ci böyük ortağıdır

  İlin ilk 6 aylıq məlumatlarına görə, Türkiyə Avropa İttifaqının 5-ci böyük ticarət ortağı olub.

  Avropa Statistika Təşkilatının (Eurostat) açıqlamasına görə, 2015-ci ilin ilk yarısında Türkiyə Avropa İttifaqından 41 milyard avroluq idxal və 30,2 milyard avroluq ixracat reallaşdırıb.

  Beləcə, Türkiyə ümumi 71,2 milyard avroluq ticarət həcmi ilə Norveçi geridə buraxaraq Avropa İttifaqının 5-ci böyük ticarət ortağı mövqeyinə gəlib.

  Eyni dövr üçün Avropa İttifaqının ən böyük ticarət ortağı 308,6 milyard avroluq ticarət həcmi ilə ABŞ olub. Onu 251,4 milyard avroyla Çin, 125 milyard avroyla İsveçrə təqib edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr