Koalisiya danışıqları bu gün yenidən başladı

Baş nazir Əhməd Davudoğlu, Milliyyətçi Hərəkət Partiyası lideri Dövlət Bahçeli ilə bir araya gəlib.

331086
Koalisiya danışıqları bu gün yenidən başladı

Ədalət və İnkişaf partiyası lideri və Baş nazir Əhməd Davudoğlu, hökuməti formaylaşdırma səyləri çərçivəsində bu gün saat 14.00-də TBMM-də MHP lideri Dövlət Bahçeli ilə görüşüb.
Baş nazir Davudoğlunun, höküməti formalaşdırma şərtlərini şərh edəcəyi görüşdə iki partiyanın ortaq və razılaşa biləcəkləri mövzulara diqqət çəkəcəyi gözlənilir. Hökumət qurmaq və ya növbədən kənar seçkilərin keçirilməsi daxil olmaqla bir çox variant müzakirə ediləcək.
Qeyd edək ki, Baş nazir Davudoğlu, CHP ilə baş tutan koalisiya danışıqlarından nəticə əldə olunmadığı üçün MHP lideri Bahçelidən görüş tələb etmişdi.
Koalisiya danışıqları üçün bütün diqqətlər Türkiyə Böyük Millət Məclisinə cəlb olunub.
Baş nazir Əhməd Davudoğlu, Milliyyətçi Hərəkət Partiyası lideri Dövlət Bahçeli ilə bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr