Almaniya Türkiyǝdǝki ǝsgǝrlǝrini geri çǝkir

Alman hökuməti Patriot missiyası çərçivəsində Türkiyədə olan Alman əsgərlərini geri çəkməyə hazırlaşır.

329218
 Almaniya Türkiyǝdǝki ǝsgǝrlǝrini geri çǝkir

 Almaniya Müdafiə Nazirliyi Alman birliklərinin Türkiyədən çəkilməsini planlaşdırıldığı ilə bağlı Spiegel Onlineda yer alan xəbəri təsdiqləyib. Nazirliyin sözcüsü Türkiyənin cənub-şərqində NATO-nun Patriot missiyası çərçivəsində xidmət edən 250 Alman əsgərinin önümüzdəki aylarda geri çəkiləcəyini ifadə edib. Nazirliyin sözcüsü çəkilmə qərarının Suriyadan Türkiyəyə artıq bir hücum təhdidinin olmaması səbəbi ilə verildiyini ifadə edib. Almaniya Müdafiə naziri Ursula Vonderleyen də böhranla sarsılan bölgədə başqa təhdidlərin ortaya çıxdığını vurğulayaraq DEAŞ-a işarə edib. Almaniyanın bölgədəki əsgəri varlığının davam edəcəyini vurğulayan Vonder Leyen Şimali İraq və Liviyadakı UNIFIL missiyası və Aralıq dənizinin şərqində NATO çətiri altında xidmət edən Alman əsgərlərinə diqqət çəkib. Türkiyədəki Alman əsgərlərinin xidmət müddəti bu ilin əvvəlində 31 Yanvar 2016 qədər uzadılıb və əsgər sayının 400-ə qədər çıxarılmasına icazə verilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr