Türk Generalteti dəyişdi

Ordu Generalı Hulisi Akar 29-cu Başqәrargah rәisi oldu.

316657
Türk Generalteti dəyişdi

Türkiyə Respublikası Silahlı Qüvvələrinin 29-cu Baş qərargah rəisi vəzifəsinə ordu generalı Hulusi Akar təsdiq olunub. Prezident Ərdoğan Nazirlər Kabinetinin təklifi əsasında baş qərargah rəisi vəzifəsinə quru qoşunları komandanı ordu generalı Hulusi Akar təyin edib. Dövlət başçısı digər qoşun komandanlarının, Jandarma baş komandanın və bir sıra general və admiral rütbələrinin verilməsi ilə də bağlı sərəncam imzalayıb. Sərəncama əsasən quru qoşunları komandanı vəzifəsinə ordu generalı Saleh Zeki Çolak təsdiq edilib. Digər sərəncamlarla Dəniz Qüvvələri Komandanı ordu admiralı Bülent Bostanoğlunun vəzifə müddəti bir il uzadılıb. Hava qüvvələri komandanlığına ordu generalı Abidin Ünal, Jandarma baş komandanlığına isə ordu generalı Qalib Mendi gətirilib. Bundan əlavə ordu generalı Ümid Dündar Birinci Ordu Komandanlığına, ordu generalı Abdullah Rəcəb Ege Ordusu Komandanlığına, avqustun 30-dan etibarən ordu generalı rütbəsinə yüksəldilən general-polkovniklər İsmail Serdar Savaş Üçüncü Ordu Komandanlığına və İhsan Uyar isə quru qoşunları komandanlığının qərargah rəisi vəzifələrinə təyin ediliblər. Donanma komandanı kontr-admiral Veysel Köselenin rütbəsi də ordu-admirallığına yüksəldilib. Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk isə Ali Hərbi Şura üzvlüyünə gətirilib. Prezident Ərdoğan Ali Hərbi Şuranın qərarlarını da təsdiqləyib. Sözügedən qərarlara əsasən cari ilin avqustun 30-dan etibarən 32 general və admiral bir pillə üst rütbəyə, 50 polkovnik isə general və admirallığa yüksəldilib. 34 general və admiralın vəzifə müddətləri isə bir il uzadılıb. Digər tərəfdən bu il 33 general və admiral müxtəlif səbəblərdən avqustun 30-dan etibarən, 1 general isə yaş həddi çatdığı üçün sentyabrın 1-dən etibarən təqaüdə göndəriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr