Dağlıcadakı hücuma dərhal cavab verilib

Hakkaridə Quru Qüvvələri Komandanlığının 7-ci Hüdud Alay Komandirliyinin Dağlıca baza bölgəsinə edilən hücumdan sonra havaya qalxan F-16 hərbi təyyarələri terrorçuların olduğu hədəfləri atəşə tutublar.

315129
Dağlıcadakı hücuma dərhal cavab verilib

  Baş Nazirliyin Koordinasiya Mərkəzindən verilən məlumata görə, separatçı terror təşkilatının bir qrup üzvü Dağlıca bazasına iki dəfə hücum edib.

  Terrorçuların atəşinə elə bazanın özündən dərhal odlu silahlarla cavab verilib. Sözü gedən hücumlarda hər hansı canlı itki olmayıb, Dağlıca kəndində 6 yaşlı qız ayağından yaralansa, vəziyyəti normaldır.

  Hava hücumları və kiçik qızın yaralanmasından dərhal sonra Türk Hava Qüvvələrinə aid F-16 hərbi təyyarələri terrorçuların atəş etdiyi hədəfləri GBU-12 sursatından istifadə edərək məhv ediblər.

  Şəmdinli və Çukurcada təsbit edilən hədəflərə də hava hərəkatı təyyarələri əməliyyat təşkil etmiş, vəzifələrini müvəffəqiyyətlə tamamlayaraq bazaya geri dönmüşlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr