Mevlud Çavuşoğlu Malayziyada səfərdədir

Cənub-Şərqi Asiya Beynelxalq Birliyi “ASEAN”-nın Xarici İşlər Nazirlərinin növbәti yığıncağı Malayziyanın paytaxtı Kuala Lumpurda təşkil edilən mərasımlə başlayıb.

314170
Mevlud Çavuşoğlu Malayziyada səfərdədir

Toplantıda Türkiyəni Xarici İşlər Naziri Mevlud Çavuşoğlu təmsi edir.
Nazir Çavuşoğlu “ASEN”-nın növbәti yığıncağına qatılmaq üçün sәfәrdә olduğu Kuala Lumpurda Tayland, Malayziya Xarici İşlər Naziri ilə görüşüb. O hәmçinin Malayziya Baş Naziriylә dә bir araya gәlib.
Toplantıya, 10 üzv, eləcə də ABŞ və Rusiyanın da olduğu bir çox ölkənin nazirləri qatılıb.
Yığıncaqda, üzv ölkәlәr arasında ticarәt dövrüyәsinin artırılması, beynəlxalq terrora qarşı mübarizə və gündәmdәki əhəmiyyətli məsələlәr müzakirə edilir.
Türkiyənin terrora qarşı başlatdığı əməliyyatlar haqda hәmkarlarına mәlumat verәn Xarici İşlәr Naziri Çavuşoğlu, İtaq və Fələstində cərəyan edən proseslәrә dair fikir mübardilәsi keçirәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr