Ərdoğan: ‘‘Tək millət, tək dövlət, tək vətən, tək bayraq"

“Artıq səbir etmək mümkün deyildi. Türkiyə hökuməti ciddi addımlar atmalıydı”.

312564
Ərdoğan: ‘‘Tək millət, tək dövlət, tək vətən, tək bayraq"

Bu fikiri Türkiyə prezidenti İndoneziyadan Pakistana gedərkən təyyarədə jurnalistlərə açıqlamasında səsləndirib. O, Türkiyənin-in şimalında terror təşkilatlarının yaranmasına müsbət baxmadığını vurğulayıb: “Bu məsələdəki qətiyyətimizi ABŞ da bilir. ABŞ Türkiyəyə qarşı təhdid yaradacaq ünsürlərin meydana gəlməsinə müsbət yanaşmır. Bu il iyulun 22-də ABŞ prezidenti ilə telefonda İŞİD-ə qarşı mübarizə məsələsini geniş müzakirə etdik. Bundan dərhal sonra bir hərbçimiz şəhid oldu. Biz də İŞİD-ə qarşı əməliyyata başladıq. Həmin vaxt şimalında PKK terrorçuları təhlükəsizliyimizə təhdid yaradırdı. Onlara qarşı da addımlar atıldı. Əməliyyatlar davam edəcək. Türkiyə Cümhuriyyəti olaraq qərarlıyıq: Tək millət, tək dövlət, tək vətən, tək bayraq!”
Türkiyə prezidenti ABŞ-la Səudiyyə Ərəbistanı və Qətərin İŞİD-ə qarşı koalisiya qüvvələrinə daxil edilməsi məsələsinin müzakirə olunduğunu bildirib: “Həmçinin, Fransa və İngiltərənin də daxil olması mümkündür”.
Ərdoğan Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunları zamanı Rusiya prezidenti Valdimir Putinlə də bu məsələni müzakirə etdiklərini xatırladıb: “Putinlə daha sonra telefonda da danışdıq. Onun ilə bağlı mövqeyində müsbət dəyişiklik hiss olunur. Əvvəlki kimi “Sona qədər yanındayıq” iddiasında deyil. Putinin Əsəddən imtina edə biləcəyinə inanıram” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr