Mevlüt Çavuşoğlu Kuala Lumpurda səfərdədir

Mevlüt Çavuşoğlu səfərinin ilk günündə Tayland xarici işlər naziri General Tanasak Patimapragorn və Malayziyalı həmkarı Dato Sri Anifah Aman ilə bir araya gəlib.

313331
Mevlüt Çavuşoğlu Kuala Lumpurda səfərdədir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Cənub-Şərqi Asiya Beynelxalq Birliyi olan ASEAN-nın 48-ci Xarici İşlər Nazirləri toplantısında iştirak etmək üçün Malayziyanın paytaxtı Kuala Lumpurda səfərdədir. Mevlüt Çavuşoğlu səfərinin ilk günündə Tayland xarici işlər naziri General Tanasak Patimapragorn və Malayziyalı həmkarı Dato Sri Anifah Aman ilə bir araya gəlib. Görüşlərdə Uyğur türklərinin vəziyyəti, terrorla mübarizə, siyasi və iqtisadi sahələrdə ikitərəfli əlaqələr və regional inkişafla bağlı fikir mübadiləsi aparılıb. Türkiyədə baş verən terror hücumları və ardından Türkiyənin başlatdığı anti-əməliyyatlar haqqında həmsöhbətlərinə məlumat verən Çavuşoğlu terrorla mübarizədə beynəlxalq cəmiyyətin göstərəcəyi həmrəyliyin əhəmiyyətinə diqqət çəkib. ASEAN üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasına 10 üzv ölkənin, eləcə də, aralarında ABŞ və Rusiyanın da olduğu bir çox ölkədən nazirlər qatılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr