Türkiyə Fələstinli ailəyə edilən hücumu lənətlədi

Xarici İşlər Nazirliyi Qərb Şəriyənin Duma kəndində bir Fələstinli ailənin evinə edilən hücumu lənətləyib.

311016
Türkiyə Fələstinli ailəyə edilən hücumu lənətlədi

"İsrailin işğalı altındakı Qərb Şəriyənin Duma kəndində bir fələstinli ailəyə qarşı həyata keçirilən və bir körpənin ölümü ilə nəticələnən alçaqca hücumu lənətləyiriz. İsrailin vəhşi terror hücumunun günahkarlarını bir an əvvəl tutaraq ədalət önünə çıxarmasını gözləyirik" deyə nazirliyin açıqlamasında bildirilib. Məlum hadisəyə dünya ictimayyətindən də reaksiyalar gəlməkdədir. BMT Baş katibi Ban Ki-mun hücumu sərt şəkildə qınayaraq təcavüzkarların bir an əvvəl ədalətin önünə çıxarılmasını istəyib. ABŞ dövlət departamentinin sözçüsü Mark Toner da hücumu sərt formada qınayıb. Ağ Ev sözçüsü Josh Earnest də gündəlik mətbuat konfransında, "Bu əxlaqsız bir terror hücumunu ola biləcək ən güclü formada qınayırıq" deyib. Fransa Xarici İşlər Nazirliyi sözcüsünün müavini Alexandre Giorgini ənənəvi mətbuat konfransında hadisəni qəzəblə qınadıqlarını və cinayətkarların dərhal tapılmasının vacibliyini söyləyib. HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xalid Məşəl, Yəhudi mühacirlər tərəfindən yandırılaraq həyatını itirən körpə Ali Devabişe hadisəsinə və son zamanlarda Məscidi-Əqsaya qarşı hücumlara lazım olan qarşılığın verilməsi və "müqaviməti" artırmaqla bağlı çağırış edib. Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözcüsü Əbu Ubeydə isə yazılı açıqlamasında "Fələstin xalqı və müqavimət qrupları Fələstinli körpə Ali Devabişenin yandırılaraq öldürülməsinə səssiz qalmayacaq. Düşmən, müqavimət və güc istifadəsindən başqa bir dildən anlamır" deyə bildirib. İsrail prezidenti Reuven Rivlin isə mövzuyla əlaqədar yazılı açıqlamasında qatillərin tapılacağına söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr