Türkiyə İsraili qınayıb

Xarici İşlər Nazirliyi İsrailin işğal altında olan Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma fəaliyyətlərini davam etdirməsini və yeni bina inşası ilə bağlı son qərarlarını pisləyib.

309438
Türkiyə İsraili qınayıb

  Xarici İşlər Nazirliyindən edilən şərhdə yazılır: "İsrailin iki dövlətli həll perspektivi zərər verən xarakter daşıyır, onun beynəlxalq hüquqa zidd bu hərəkətlərini qəbul etmək mümkün deyil".

  Xatırladaq ki, İsrail Ali Məhkəməsi Qərbi Şəriyədəki Beit El adlı yəhudi məskunlaşma yerində iki binanın sökülməsi ilə bağlı qərar versə də, İsrail hökuməti ötən gün Qərb Şəriyənin adı çəkilən yerində 300 bina inşasını təsdiqləyib. İsrail hökuməti, həmçinin Şərqi Qüdsdə də 500 yeni bina inşası ilə əlaqədar planlaşdırma edilməsi qərarına gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr