"Koalisiyalar ölkəyə bir fayda gətirmir", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan koalisiyaların Türkiyəyə fayda gətirmədiyini deyərək azlıq hökumətinə də qarşı olduğunu söyləyib.

314305
"Koalisiyalar ölkəyə bir fayda gətirmir", R.T.Ərdoğan

  Çindən İndoneziyaya keçərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan “Türkiyədə ən uzun koalisiyanın 3 il yarım davam etdiyini” xatırladaraq deyib: "Koalisiya görüşlərindən müsbət nəticə çıxdımı, çıxdı. Çıxmazsa, dərhal milli iradəyə müraciət edəcəyik ki, təkrar qərarı yenə millət özü versin və beləliklə, bu andakı vəziyyətdən tezliklə xilas olaq".

  Daha sonra dövlət başçısı deyib: "Çox təəssüf ki, həll müddətini istismar edənlər çıxdı. Əvəzini son edilən seçkilərdə ağır ödədik. “Seçki qutuları üzərində təhdid yox idi, çətinlik yaşanmadı” sözləri də doğru deyil".

  Çin İslam Cəmiyyəti ilə etdiyi görüş haqqında da fikirlərini bölüşən Rəcəb Tayyib Ərdoğan: “Çindəki müsəlmanlar ibadət barədə rahat olduqlarını söylədilər" deyib.

  Sincan Uyğur Muxtar Vilayətində olan hadisələrə də münasibət bildirən Ərdoğan bu cümlələri işlədib: "Çin Xalq Respublikasının birliyinə, bərabərliyinə qəsd edəcək hər cür hərəkətə qarşıyıq. Bu barədə Çin dövlətindən fərqli düşünmürük".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr