Türkiyә, NATO-nu fövqәladә yığıncağa çağırıb

Türkiyə DEAŞ-a qarşı keçirdiyi əməliyyatlar ilə əlaqədar olaraq NATO-nu fövqəladə yığıncağa çağırıb.

347470
Türkiyә, NATO-nu fövqәladә yığıncağa çağırıb

 Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, son günlərdə yaşanan terror aktlarının ardından lazımlı tədbirlər görülür və Türk Silahlı Qüvvələri tərəfindən əməliyyatlar icra edilir. Bu çərçivədə BMT Təhlükəsizlik Şurasına lazımlı bildiriş təqdim olunub və digər beynəlxalq qurumlarada lazımlı bilgilər verilir. " Milli Təhlükəsizliyimizə qarşı bu son hücumlar və təhdidlərlə əlaqədar terrorizmə qarşı apardığımız əməliyyat tədbirləri haqqında müttəfiqlərimizi məlumatlandırmaq və müşavirələrdə olmaq məqsədi ilə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində NATO Şurası qarşıdakı həftə içində tərəfimizdən yığıncağa çağırılmışdır." deyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. NATO-nun baş katibi Jens Stoltenbergin sədrliyi ilə təşkil ediləcək yığıncağın sabah həyata keçirilməsi planlaşdırıldığı qeyd edilib. NATO-nun baş katibi Jens Stoltenberg isə Türkiyənin yığıncaq tələb etməsinin çox doğru və vaxtında atılan addım olduğunu deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr