Çanaqqalada iki dəfə zəlzələ

Baş Nazirliyin Fövqəladə və Təcili Yardım Rəhbərliyi Zəlzələ Dairəsi İdarəsinin rəsmi internet saytının məlumatlarına görə, Çanaqqalada bir-birinin dalınca iki ayrı-ayrı zəlzələ baş verib.

384586
Çanaqqalada iki dəfə zəlzələ

  Birinci zəlzələ saat 04.26-da mərkəzi əsası (episentri) Eceabat sahillərində olmaqla 4,3 gücündə olub. Yerin 14 kilometr dərinliyində meydana gələn zəlzələ şəhərin böyük hissəsində hiss edilib.

  İkinci zəlzələ də yenə eyni episentrdə olmaqla 4,8 gücündə və saat 05.39-da yerin 10 kilometr dərinliyində baş verib.
  Bir-birinin dalınca olan zəlzələlər insanların narahatlığına səbəb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr