"Srebrenitsada hələ kütlәvi məzarlar var, ürəklər yenidən yanır"

Prezident Rəcəb Tayyib Ərdoğan, Türk insanının 20 il əvvəl Srebrenitsada qətl edilәn Müsəlman Bosniyalıların ağrısını ürəyində hiss etdiyini qeyd edib.

344790
"Srebrenitsada hələ kütlәvi məzarlar var, ürəklər yenidən yanır"

Bosniya Herseqovinada BMT əsgərlərinin gözü qarşısında Serblər tərəfindən 5 gündə 8 mindən çox müsəlman Boşnak öldürüldüyünü, minlərlə qadına təcavüz edildiyini 300 mindən çox insanın öldüyünü, 2 milyon adamın isә evini tәrk etmәk mәcburiyyәtindә qaldığını xatırladan Әrdoğan Bosniyada hələ kütləvi məzarlarırn gün işığına çıxarıldığını vә onların şәxsiyyәtlәrinin müәyyәnlәşdirilmәsinә sәy edildiyini, yeni bir kütlәvi mәzarın tapılmasıyla ürәklәrin yenidən dağlandığını qeyd edib.
Türkiyə olaraq ağrıları azaltmaq , yaraları bağlamaq, insani və vicdani məsuliyyətә әmәl etmәk üçün səfərbər olduqlarını ifadə edən Ərdoğan: "Bəzi izlər asan silinmir, amma bizlər halalaşmağı, bölüşmәyi, birlikdə yaşamağı ucaldan mədəniyyətin insanlarıyıq. Ümidlərimizi diri tutmaq məcburiyyətindəyik. Keçmişi unutmadan tarixdən dərs alaraq sülh və əmin-amanlığın hökm sürәcәyi bir gələcək inşa etmək vәzifәmizdir” deyә vurğulayıb.
1995-ci ildə Bosniya Herseqovinanın Srebrenitsa qəsəbəsində BMT əsgərləri tәrәfindәn serblərə təslim edilən Bosniyalı müsəlmanlar Serblər tərəfindən soyqırıma məruz qalmışdı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr