R.T. Ərdoğandan Çinlə bağlı açıqlama

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Çin Sincan Uyğur Muxtar Vilayətində yaşayan qardaşlarının yanında olduğunu söyləyərək mediada əksini tapan yalan və səhv informasiyalara yol verildiyini bildirib.

344490
R.T. Ərdoğandan Çinlə bağlı açıqlama

Ərdoğan məsələ ilə bağlı ölkə ictimaiyyətini diqqətli olmağa çağırıb, provokasiyalara uymamağı xahiş edib.
Dövlət başçısı xarici ölkə səfirləri üçün təşkil olunan iftar proqramında etdiyi çıxışında bu ayın sonunda Çinə reallaşdıracağı səfərin bəzi təfərrüatlarını açıqlayıb. Bu səyahət əvvəlində bəzi şəhərlərdə mənalı hadisələrin yaşandığına işarə edən Ərdoğan, dünyanın harasında olursa olsun növlərlə əlaqədar inkişafların həssaslıqla təqib edildiyini qeyd etdi.
Prezident bildirib ki, Türkiyə bütün soydaşları və qardaşları kimi Çindəki uyğur türklərinin də sonuna qədər yanındadır. Bölgədə yaşayan qardaşlarımızla əlqədar çətinlikləri ən ali səviyyədə müzakirəyə çıxarmışıq və bu müzakirələri davam etdirəcəyik- deyə dövlət başçısı bildirib.
Türkiyənin həssaslığının Xarici İşlər Nazirliyi vasitəsilə Çin Xalq Respublikası səfirinə çatdırıldığını bildirən R.T. Ərdoğan Çinə səfəri zamanı məsələni lazımi səviyyələrdə müzakirə edəcəklərini vurğulayıb.
Prezident “İstanbulda yaşanan provokasion hadisələr nə bizim qonaqpərvərliyimizə yaraşar, nə də uyğur qardaşlarımızın dərdlərinə dərman olar. Ölkəmizə iş üçün, istirahət, yaşamaq üçün gələn Şərqi Asiyalı bütün qonaqlarımızın can və mal təhlükəsizliyi bizim namusumuzdur. Bu insanlara zərər verən hər kəs millətimizin ən qədim adəti olan qonaqpərvərliyinə xəyanət etmiş sayılır. Təhlükəsizlik qüvvələrinin də bu mövzuda daha diqqətli, həssas olacaqlarına inanıram "deyə R.T. Ərdoğan bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr