"Mǝclis hǝll edǝ bilmǝsǝ millǝt hǝll edǝr", R.T. Әrdoğan

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan İstanbulda “Yeşilay” cǝmiyyǝtinin iftar yemǝyindǝ hökumǝti qurma prosesinǝ münasibǝt bildirib.

331538
"Mǝclis hǝll edǝ bilmǝsǝ millǝt hǝll edǝr", R.T. Әrdoğan

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan İstanbulda “Yeşilay” cǝmiyyǝtinin iftar yemǝyindǝ hökumǝti qurma prosesinǝ münasibǝt bildirib.
Türkiyǝ Böyük Millǝt Mǝclisinin Sǝdrlik Şurası tǝşkil edildiktǝn sonra hökumǝti qurma vǝzifǝsini tapşıracağını qeyd edǝn Dövlǝt başçısı bütün siyasi partiyaları öhdǝliyǝ dǝvǝt edib.
Әrdoğan deyib ki, Türkiyǝnin qarşısında çox ciddi problemlǝr, qǝbul edilmǝsi vacib olan qǝrarlar var. Bunları hǝll edǝ bilǝcǝk gücǝ sahib bir hökumǝt qurulmasını arzulayıram. Azlıq hökumǝtinin belǝ bir imkana sabih olmayacağına inanıram.
Әrdoğan “gündǝmdǝki hǝssas mǝsǝlǝlǝrin hǝlli barǝdǝ hǝmfikir olmayan partiyaların quracağı hökumǝtin dǝ bu mǝsǝlǝlǝrǝ hǝll yolu tapacağını düşünmürǝm”-deyǝ bildirib.
Dövlǝt başçısı hökumǝt qurula bilmǝyǝcǝyi tǝqdirdǝ mǝsǝlǝnin yenǝ millǝt tǝrǝfindǝn öz hǝllini tapacağını vurğulayıb.
Prezidentlik üsul-idarǝsinin vacibliyini vurğulayan Әrdoğan bildirib ki, biz uzun müddǝtdir mövcud sistemimizdǝki problemlǝrǝ diqqǝt çǝkǝrǝk, altǝrnativ tǝkliflǝrimizi dilǝ gǝtiririk. Ortaya çıxan hǝr hadisǝ bizim tǝkliflǝrimizin nǝ qǝdǝr düzgün olduğunu bir daha tǝsdiq edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr