Cümhurbaşqanlığı Sarayının qapıları virtual turdan sonra jurnali

Ümumilikdə 1150 otağın olduğu Sarayda jurnalistlər cənub və şimal inzibati binaları, geniş həyətlə tanış olublar.

331330
Cümhurbaşqanlığı Sarayının qapıları virtual turdan sonra jurnali

Cümhurbaşqanlığı Sarayının qapıları virtual turdan sonra jurnalistlərə də açılıb.
Ümumilikdə 1150 otağın olduğu Sarayda jurnalistlər cənub və şimal inzibati binaları, geniş həyətlə tanış olublar.
750 min kvadratmetrlik ərazidə inşa edilən Sarayın 200 min kvadratmetri xalqa açıq olacaq. Məscid, kitabxana və konfrans mərkəzi xalqın faydalana biləcəyi məkanlar olacaq.
1950-ci ildə qurulan və yeni məkana daşınan kitabxanada 22 mindən çox nəşr var. Burda nadir əlyazmalar qorunur.
Cümhurbaşqanlığı Sarayının ən əhəmiyyətli hissələrindən biri də bərpa hissəsidir. 2011-ci ildə qurulan bu hissədə nadir əlyazma və əsərlər bərpa edilir. Bu günə qədər təxminən 8 min sənəd restavrasiya edilib.
İşıqlandırılma, telefon və təhlükəsizlik sisteminə qədər hər şey avtomatlaşdırılmışdırılıb. Gündəlik xəbərlər və medianı anında təqib etmək mümkündür.
Yaxın vaxtlarda saray öz qapılarını geniş xalq kütləsinin üzünə açacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr