Türkiyәdәn Yunanıstana yardım

"Türkiyə qonşusu Yunanıstanı böhrandan çıxarmaq üçün kömək əlini uzatmağa hazırdır”

327645
Türkiyәdәn Yunanıstana yardım

Türkiyənin Baş naziri Əhməd Davudoğlu çərşənbə axşamı günü verdiyi açıqlamada Yunanıstanın böhrandan çıxması üçün ölkəsinin əlindən gələni etməyə hazır olduğunu bildirib. Nümunə olaraq turizm, ticarət və enerji sahələrində əməkdaşlıq təklif edib. Prezidentin sözçüsü jurnalistlərin sualına cavab olaraq Yunanıstanın indiyə qədər Türkiyədən kredit tələb etmədiyini söyləyib. Türkiyə və Yunanıstan uzun illər davam edən soyuq münasibətlərdən sonra son zamanlar yaxınlaşmaya başlayıb. Xüsusilə Qıbrıs mövzusu Yunanıstan və Türkiyə arasında problem olmağa davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr