Berlində iftar süfrəsi

Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu xanımı Qəmzə Karslıoğlu ilə birlikdə iftar yeməyi verib.

322635
Berlində iftar süfrəsi

İftar yeməyinə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, almaniyalı nazirlər, millət vəkilləri, qeyri-hökumət təşkilatları nümayəndələri, dini icma liderləri və çoxlu sayda qonaq iştirak edib.
Karslıoğlu iftardan əvvəl etdiyi çıxışında iftar yeməklərinin müsəlmanlar arasında ünsiyyətin yaradılması, birlik vasitəsi olduğunu söyləyib. O, Almaniyada yaşayan üç milyondan artıq türk vətəndaşının öz milli adət və ənənələrini yaşadaraq gələcək nəsillərə ötürməsinin vacib olduğunu vurğulayıb.
Türkiyənin 11-ci prezidenti Abdullah Gül də türklərin və müsəlmanların Almaniyada cəmiyyətin bir parçası olaraq qəbul edildiyini ifadə edərək hər kəsin əl birliyi, iş birliyi ilə həm yaşadıqları ölkəyə, həm də gəldikləri ölkəyə faydalı olmalarının vacibliyini söyləyib. Bu məsələdə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü xususi qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr