TRT FM 3 qitədən yayımlanıb

Türk radio aparıcıları TRT-nin "Dünyanın ən yaxşı radio proqramı" verilişini Amerika, Avstraliya və Asiyadan eyni vaxtda canlı olaraq yayımlayıblar.

320486
TRT FM 3 qitədən yayımlanıb

Erhan Konuk Banqladeşin paytaxtı Dəkkədən, Bay J və Erkan Yavaş ABŞ-ın New York şəhərində və Muzo isə Avstraliyanın paytaxtı Melburnda 3 qitədən ortaq canlı yayını reallaşdırıblar.
TRT-nin İdarə heyəti rəhbərinin köməkçisi Rəcəb Şahin TRT-nin xüsusilə son illərdə televiziyada çox böyük irəliləyiş əldə etdiklərini bildirərək bu addımların radioda da atılmağa başlandığını deyib. Rəcəb Şahin radionun beynəlxalq miqyasını genişləndirmək üçün bu layihəyə imza atdıqlarını söyləyib.
TRT-nin xüsusi layihələrindən olan “Dünyanın ən yaxşı radio proqramı” hər cümə axşamı saat 19.00-21.00- da üç mərkəzdən canlı və eyni vaxtda TRT-də yayımlanır.
Yanvar ayının 7-də "Dünyanın ən yaxşı radio proqramı" ilə Ankara-İstanbul-İzmir TRT FM studiyalarından dinləyicilərlə görüşə gələn TRT radio aparıcıları daha sonra Azərbaycan-Bakı, Bosniya və Herseqovina-Sarayevo və Almaniya-Berlindən eyni vaxtda reallaşdırdığı 3B adlı canlı yayımla dünya rekordu qırmışdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr