Qapalı qalan 49 immiqrant xilas edilib

Vanın Başkale qəsəbəsindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olmaq istəyən Əfqan mənşəli 49 nəfər, əsgərlər tərəfindən xilas edilib.

312006
Qapalı qalan 49 immiqrant xilas edilib

Bir qrup mühacirin Türkiyə-İran sərhədində dərədə qapalı qaldıqlarının xəbərini alan əsgər, bölgəyə əməliyyat təşkil edib və 18-i uşaq olmaqla, 49 Əfqan mənşəli immiqrantı xilas edib.
Qeyd edək ki, tibbi yoxlanışdan sonra, immiqrantlar Van Təhlükəsizlik Müdirliyi Xaricilər Şöbəsinə göndərilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr