"PYD mövzusunda sәhvlәr təkrarlanır"

Prezident Rəcəb Tayyib Ərdoğan, Mardinin Midyat qәsәbәsindәki düşərgəni ziyarət edib.

312108
"PYD mövzusunda sәhvlәr təkrarlanır"

Prezident Rəcəb Tayyib Ərdoğan, Dünya Qaçqınlar Günündə Suriyalı sığınmacıları yalnız buraxmadı. Prezident Mardinin Midyat qәsәbәsindәki düşərgəni ziyarət edib.
İftar yemәyini düşәrqәdә yeyәn prezident Rәcәb Tayyıb Ərdoğan, bölgədəki son vəziyyətә toxunub. Etnik və məzhəbi tәzyiqlәrә diqqət çәkib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterresin də qatıldığı iftar yemәyindә çıxış edәn prezident Әrdoğan, müqәddәs ramazanın, sığınmaçıların sevdiklərinə və ailələrinə qovuşmalarında tәsir bağışlamasını arzuladığını bildirib. Suriya və terror qruplaşması DEAŞ mövzusunda edilәn səhvlərin PYD mövzusunda da edildiyini ifadә edәn prezident, “ bölgәdә әmin-amanlıq, tәzyiqlәrlә bәrpa edilә bilmәz. Etnik və məzhəbi təzyiq daha çox qan axmasına gətirib çıxarar” deyә qeyd edib.
Qərb ölkәlәrinin sığınmaçılara qarşı mövqeyindәn dә tәnqid edәn Ərdoğan,
“Zalımın zülmünә biganә qalmadıq vә qalmayacayıq. Bizә görә bu insanlıq cinayәtidir” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr