Türkiyənin 9-cu dövlət başçısı Süleyman Dəmirəl üçün başsağlığı

Başsağlığı mesajları

307203
Türkiyənin 9-cu dövlət başçısı Süleyman Dəmirəl üçün başsağlığı

Türkiyənin 9-cu dövlət başçısı  Süleyman Dəmirəlin vəfatının ardından başda siyasətçilər olmaq üzrə bir çox seqmentdən başsağlığı mesajları gəldi.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, "Hər kəs üçün  bu həyatdan alacağı dərslər, nümunələr var.Çox böyük  bir itkidir " ifadələrini istifadə etdi.

Baş nazir Əhməd Davudoğlu da, ictimai media üzərindən yayımladığı mesajda, "özünə xas üslubu və uzun siyasi həyatında ölkəmizə verdiyi xidmətlərlə həmişə xatırlanacaq bir siyasət xadimi idi." dedi.

Davudoğlu mesajında; Süleyman Dəmirəlin qohumlarına , sevənlərinə və Türk millətinə başsağlığı çatdırdı.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu isə, ictimai media üzərindən etdiyi şərhdə,Türkiyənin 9-cu dövlət başçısı Süleyman Dəmirəlin ailəsinə başsağlığı verdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr