Әrdoğan TRT kanalına açıqlama verib

Prezident Rәcәb Tayyıb Ərdoğan, TRT kanalına verdiyi müsahibәdә ölkә daxilindә vә xaricdә cәrәyan edәn proseslәrә toxunub.

299388
Әrdoğan TRT kanalına açıqlama verib

Dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan, Prezident sistemi, paralel quruluşa qarşı mübarizə, həll prosesi, kәşfiyyat tırları mövzusu ilә bağlı mәsnәdsiz xәbәrlәr vә Misirdə cәrәyan edәn son proseslәrә toxunduğu açıqlamasında Aksarayın xәrclәrinin yüksәk mәblәğdә olduğuna dair iddialara sərt cavab verib. Prezident administrasiyası xәrclәrinin mübaliğa edildiyini ifadә edәn Әrdoğan, bu iddiaların sübut edilmәsi halında vəzifədәn istifa edә bilәcәyini, әks tәqdirdә bunu irәli sürәnlәrin istefa etmәlәrinin lazım gәldiyini vurğulayıb.
Türkiyənin sabitliyi üçün prezident sisteminә zәrurәt olduğunu ifadә edәn Әrdoğan, kәşfiyyat tırları ilə əlaqədar mövzuya isә, Milli Kəşfiyyat Təşkilatının Suriya Türkmenlerine hümanitar yardım tәmin etdiyini, ancaq bunun fәrqli dәyәrlәndirildiyini deyib.
Paralel quruluşa qarşı mübarizənin seçkilərdən sonra da davam edəcəyini ifadə edәn Ərdoğan, həll prosesinin hüquq çәrçivәsindә davam etdirildiyini sözlәrinә әlavә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr