Alanyada qaçqın-köçkün əməliyyatı

Antalyanın Alanya mahalı sahillərində gəmiylə Avropa ölkələrinə getməyə çalışan, böyük əksəriyyəti suriyalılardan ibarət 174 qaçaq tutulub.

299917
Alanyada qaçqın-köçkün əməliyyatı

  Alanya Sahil Təhlükəsizlik Qayıqları (Bot) Komandanlığının ayrı-ayrı qrupları Alanyanın 50 mil sahillərində patrul vəzifəsini icra etdikləri zaman şübhəli görünən “Open Sea” gəmisini saxlayıblar. Gəmiyə qalxan qruplar aralarında bir fransızın da olduğu 174 adamı nəzarətə götürüblər. Qaçaqların başda İtaliya olmaqla müxtəlif Avropa ölkələrinə getməyə çalışdıqları öyrənilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr