Türkiyә vətəndaşlarının səs vermə işi davam edir

Xaricdə yaşayan Türkiyә vətəndaşlarının 7 iyunda keçiriləcək parlament seçkiləri üçün səs vermə prosesi davam edir.

295607
Türkiyә vətəndaşlarının səs vermə işi  davam edir

Qeyd edək ki, bu günə qədər səs verənlərin sayı 685 min 158-ə çatıb.
Almaniyada təxminən 413 min 9 Türkiyә vətəndaşı səs verib. Bu nəticə ilə Almaniya Avropada ən çox səs verən ölkə olub.
ABŞ-da 12 min 347, Avstriyada 32 min, Belçikada 39 min, Danimarkada 8 min, Fransada 100 min, İsveçrədə 33 min, Şimali Kıbrıs Türk Respublikasında isə 21 min seçici səs verib.
Xatırladak ki, xaricdə yaşayan vətəndaşlarımız, Türkiyənin Avstraliya, Almaniya, Avstriya, Belçika, Danimarka, Fransa, İsveçrə, Şimali Kıbrıs Türk Respublikası , Norveç və ABŞ-dakı 40 nümayəndәlikdә mayın 31-ə qədər səs verə biləcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr