Әrdoğan: "Misirdə cәrәyan edәn hadisәlәrә biganә qalmamalıyıq"

Prezident Rəcəb Tayip Ərdoğan, Avropa ölkələrinin Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam qərarı ilə əlaqədar mövqelərini bir daha tənqid edib.

291478
Әrdoğan: "Misirdə cәrәyan edәn hadisәlәrә biganә qalmamalıyıq"

Ərəb dilində nəşr edilən Alquds qəzeti “Ərdoğan, Misirdəki edam qərarları ilə əlaqədar Avropa ölkələrinin mövqeyini tənqid edib” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Avropa ölkələrinin Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam qərarı ilə əlaqədar mövqelərini bir daha tənqid edib. Ərdoğan, telekanalların birində mövzu ilə əlaqədar sualları cavablandırıb. Prezident “Demokratiya deyiriksə və inanırıqsa o zaman hər şeydən əvvəl Misirdə cәrәyan edәn hadisәlәrә biganә qalmamalıyıq. Yüzlərlə insana orada edam cəzası verilib. Buna səssiz qalmaq olmaz. 40 min nəfər həbs edilib. Qәrb dünyası bununla bağlı heç bir addım atmadı. Baxmayaraq Amerikada baş tutan BMT ümum iclasında eyni stol başında әylәşmәmizi istәyirlәr. Belә bir şeyi qәbul etmәk mәnum üçün zülmdür. Özümә hörmәtsizlik demәkdir.” deyə məqalədə vurğulanır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr