Türkiyә Qızıl Aypara Cəmiyyətinin İraqa yardımları davam edir

Ərşad Saleh: " Bağdada getməyə çalışan 70 minə yaxın insan yardıma möhtacdır".

290057
Türkiyә  Qızıl  Aypara Cəmiyyətinin  İraqa yardımları davam edir

Türk Qızıl Ay Cəmiyyəti İraqın Ramadi şəhərinin “DEAŞ” terror təşkilatının nəzarətinə keçməsindən sonra bölgəni tərk edənlərə yardım edir. Cəmiyyət, Ramadidən paytaxt Bağdada qaçanlar üçün min nəfərlik çadır göndərib.
İraq Türkmən Cəbhəsi lideri və İraq Milli Məclisi İnsan Hüquqları Komissiyası rəhbəri Ərşad Saleh, Bağdada getməyə çalışan 70 minə yaxın insanın yardıma ehtiyacı olduğunu açıqlayıb.
Saleh, Türk Qızıl Aypara Cəmiyyətinə müraciət edərək, evlərini tərk edənlər üçün yardım istəyib. Cəmiyyət isə ilk olaraq bölgəyə min nəfərin yerləşə biləcəyi 210 çadır göndərib.
Qeyd edək ki, Türk Qızıl Ay daha əvvəl də Bağdad və ətraf bölgələrə təxminən 100 ton humanitar yardım paylamışdı.
Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri Əhməd Lütfü Akar “İraqın bütün bölgələrində bir “xilasedici” olaraq tanınırıq. İraqda gedə bilməyəcəyimiz bölgə yoxdur. İrq, dil, din, məzhəb kimi ayrı-seçkiliklər bizim üçün heç bir məna ifadə etmir” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr