İlk dənizüstü hava limanı "Ordu-Giresun" açılır

Türkiyənin dəniz üzərində inşa edilən ilk havalimanı "Ordu-Giresun" sabah açılır.

283624
İlk dənizüstü hava limanı "Ordu-Giresun" açılır

  "Hakkari Yüksekova" da xidmətə başlayınca havalimanlarının sayı Türkiyədə 55-ə yüksələcək.

  Antalyanın qərbi Demre, Kaş və Finike bölgələrində də havalimanı üçün işlərə başlanılıb.

  Şəhərlərin böyük hissəsinə hava yolları nəqliyyatı təmin edilir. 2002-ci ildə 34 milyon olan sərnişin sayı 2014-cü ilin sonunda 166,2 milyona çatıb.

  Ən çox yolçuya xidmət verən hava limanlarını sıralasaq, bunlar İstanbul Atatürk və İstanbul Sabiha Gökçen, Antalya, Ankara Esenboğa, İzmir Adnan Menderes və Adana hava limanlarıdır.

  Xatırladaq ki, 2002-ci ildə əgər Türkiyənin 2 hava limanı mərkəzindən 25 nöqtəyə daxili xətt səfərləri var idisə, bu gün 6 hava yolu ilə 7 mərkəzdən 53 nöqtəyə uçuşlar var. Xarici xəttlər üzrə uçuş sayı isə 60-dan 237-yə qalxıb. 20,5 milyon olan daxili xətt sərnişin sayı 85,4 milyona, 35 milyon olan xarici xətt sərnişin sayı isə 80,3 milyona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr