Anıtkabirdə 17 ildən sonra musiqi səslənib

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təşkil edilən tədbirlər çərçivəsində 17 ildən sonra ilk dəfə olaraq Anıtkabirdə konsert verilib.

281038
Anıtkabirdə 17 ildən sonra musiqi səslənib

  Türkiyə Cümhuriyyətinin 75-ci ildönümündə verilən konsertdən sonra ilk dəfə piano ifası və xalq mahnılarından (türküler) ibarət konsert proqrmı göstərilib.

  Anıtkabir Komandanlığının Koordinatorluq bölümündə təşkil edilən konsertdə piyanoçu Gülsin Onay Şopen, Motsart və Adnan Sayqunun (Saygun) əsərlərini ifa edib. Tarık Talın dirijorluğuyla isə Türkiyə Silahlı Qüvvələri Ordu Musiqi Komandanlığı Orkestrinin müşayiətilə opera sənətçiləri Feryal Türkoğlu və Hakan Aysev Mustafa Kamal Atatürkün sevdiyi xalq mahnılarını oxuyublar. Dinləyicilər də oxuyanlara qoşulublar.

  10 minlərlə adamın ziyarət etdiyi Anıtkabir Xatirə Abidə kompleksində 19 May münasibətilə təşkil edilən xüsusi proqram gecə saat 12-yə qədər davam edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr