Hucuma uğrayan gәmi Fәthiyә limanına gәlib

Hücuma uğrayan Tuna-1 adlı yük gəmisi Muğlanın Fəthiyə bölgəsinə gəlib.

272206
Hucuma uğrayan gәmi Fәthiyә limanına  gәlib

Liviya sahillərində hücuma uğrayan Tuna-1 adlı yük gəmisi Muğlanın Fəthiyə bölgəsinə gəlib.
Hücumda həyatını itirən 3-cü kapitan İlkәr Büyükdәrәnin cənazəsi ailəsinə təslim edilib.
Gəmidə, prokurorluq, hadisə yerini araşdırma və gömrük mühafizə qrupları ətraflı araşdırmalar aparır.
Hücumda yaralanan 3 gəmi personalı Fəthiyə Dövlət Xəstəxanasında yerləşdirilib. Daha sonra gəmi personalının ifadələri alınıb.
İfadə verən gəmi personalı jurnalistlərin hücumla bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, may ayının 10-u İspaniyadan Liviyaya aparan yük gəmisi, beynəlxalq sularda hücuma məruz qalmışdı.
Gəmidə 8-i Türk, 1-i Azərbaycan, 6-sı Gürcüstanlı olan 15 nəfərlik ekipaj olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr