ATƏT-in seçki heyəti Ankarada

Seçkiləri müşahidə etmək üçün Ankaraya 11 nəfərlik qrup göndərilib.

266889
ATƏT-in seçki heyəti Ankarada

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Demokratik Qurumlar və İnsan Hüquqları Ofisi, seçkiləri müşahidə etmək üçün Ankaraya 11 nəfərlik qrup göndərib.
Heyət rəhbəri  Gert Hinrix Arens (Geert-Hinrich Ahrens), Ankarada təşkil edilən mətbuat konfransında heyətin Türk səlahiyyətlilərinin dəvəti ilə gəldiyini açıqlayıb.
İlk etapda 10 ayrı ölkədən, 11 müşahidəçinin Ankarada olacağını qeyd edən Arens gələcək  həftə isə bu sayın 18 nəfərə çatacağını deyib.
Vəzifəlilər 2 nəfərlik qruplara ayrılaraq, Türkiyənin müxtəlif nöqtələrində görüşlər keçirəcəklər. Ali Seçki Şurası səlahiyyətliləri ilə də bir araya gələn heyət, Ankarada müxalifətin liderləri ilə görüşlər keçirəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr