Türkiyə Aİ Mülki Müdafiə Mexanizminə üzv oldu

Türkiyə Baş Nazirliyinin Fəlakət və Təcili Vəziyyət İdarəsi Nazirliyini (Afet ve Acil Durum Yönetimi Başkanlığı) Avropa İttifaqı Vətəndaş Qoruma Mexanizminin üzvü edən müqavilə Brüsseldə imzalanıb.

265535
Türkiyə Aİ Mülki Müdafiə Mexanizminə üzv oldu

  Anlaşmaya qurumun sədri Fuad Oqtay (Oktay) və Aİ Komissiyasının Humanitar Yardımlar üzrə məsul üzvü Hristos Stilianidis imza atıblar.

  Fuad Oqtay “Türkiyənin Fəlakət və Təcili Vəziyyət qurumu (AFAD) məhsuldar sistemi və müvəffəqiyyətli işləriylə Aİ Mülki Müdafiə Mexanizminə əhəmiyyətli pay verəcək” deyərək bu sözləri də vurğulayıb: "Bu mexanizm Türkiyənin üzüvlüyüylə yeni bir perspektiv və dinamizm qazanacaq.”

  Hristos Stilianidis də Türkiyənin üzvlüyünün əhəmiyyətinə işarə edərək "Şübhəsiz ki, güclü və təcrübəli bir ortaq qazanırıq" ifadəsini işlədib.

  Dekabr ayında Türkiyəyə səfəri zamanı suriyalı köçkünlərin yerləşdiri düşərgələrə getdiyinə toxunan Stilianidis “İşlərinizdən həqiqətən təsirləndim. Türkiyə hökumətinin suriyalı və digər qaçqınlara dəstəyini dərindən təqdir edirəm. Türkiyə üzərinə ağır bir yük götürüb: zamanında ehtiyacı olan Suriya xalqına qonaqpərvərlik göstərib. Avropa Türkiyənin bu əməlini alqışlayır."

  AFAD-ın imzasıyla başlayan bu üzvlüklə Türkiyə Avropa səviyyəsindəki Ortaq Təcili Yardım və İnformasiya Sisteminə (CECIS) və Avropa Afət Müşahidə Şəbəkəsinə daxil olacaq, Avropa Erkən Xəbərdarlıq Sistemini istifadə edə biləcək.

  Avropa İttifaqı Vətəndaş Qoruma Mexanizminin iştirakçıları arasında Türkiyə ilə yanaşı 28 Aİ üzvü, Norveç, İslandiya, Makedoniya və Çernoqoriya da var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr