Mustafa Akıncı Ankarada səfərdədir

Şimali Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Mustafa Akıncı Ankarada səfərdədir.

264137
Mustafa Akıncı Ankarada səfərdədir

Vәzifәyә başladıqdan sonra ilk rəsmi ziyarətini Ankaraya reallaşdıran Mustafa Akıncı,  Ahmet Davudoğlu ilə Çankaya Köşkündə bir araya gəlib.
Çankaya Köşkündə keçirilən görüşdən sonra Akıncı Anıtqəbiri ziyarət edib.
Akıncı burada xatirə dəftərini imzalayıb və dəftərə; ‘‘Atatürk inqilablarına sadiq olan bir xalqın Prezidenti olaraq qarşınızda baş əyirəm’’ yazıb.
Anıtqəbiri ziyarət etdikdən sonra Akıncı Xarici İşlər Naziri Mevlud Çavuşoğlunun onun şərəfinə verdiyi nahar yeməyinə qatılıb.
Qeyd edək ki, Akıncı saat 17:00-də Dövlət Başcısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılaşacaq.
Tәk-bәtәk və heyətlərarası görüşlərdən sonra iki lider birgə mətbuat konfransı təşkil edəcək.
Konfransdan sonra Prezident Ərdoğan, Akıncının şərəfinə ziyafәt verilәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr