Mustafa Akıncı Ankarada səfərdədir

Şimali Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Mustafa Akıncı Ankarada səfərdədir.

263585
Mustafa Akıncı Ankarada səfərdədir

Vәzifәyә başladıqdan sonra ilk rəsmi ziyarətini Ankaraya reallaşdıran Mustafa Akıncı Ankaraya səfəri çərçivəsində Ahmet Davudoğlu ilə Çankaya Köşkündə bir araya gələcək.
Akıncı proqramı çərçivəsində Anıtqəbiri ziyarət edəcək və Xarici İşlər Naziri Mevlud Çavuşoğlunun onun şərəfinə verəcəyi nahar yeməyinə qatılacaq.
Daha sonra Akıncı Dövlət Başcısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılaşacaq.
Tәk-bәtәk və heyətlərarası görüşlərdən sonra iki lider birgə mətbuat konfransı təşkil edəcək.
Qeyd edək ki, prezident Akıncının şərəfinə Prezident Sarayında  ziyafәt verilәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr