Xarici ölkәlәrdә yaşayan Türklәrә 10 müjdə

Baş nazir Әhmәd Davudoğlu Almaniyada yaşayan Türklәrlә bir araya gәlib vә onlara 10 müjdә verib.

260222
Xarici ölkәlәrdә yaşayan Türklәrә 10 müjdə

Baş nazir Əhməd Davudoğlu, Almaniyanın Dortmund şəhərində bir araya gәldiyi qurbәtçilәrә xitabәn çıxışında bildirib ki, 7 iyunda keçirilәcәk parlament seçkillәrindәn sonra xaricdә yaşayan Türklәrin seçilmə haqqına qovuşmaları üçün lazımlı islahatlar hәyata keçirilәcәk. Bunun nәticәsindә isә qürbətçi vәtәndaşlarımız Miclisdә tәmsil edilәcәklәr.

Qürbətçilərә 10 müjdə verən Davudoğlu: "Xaricdə yaşan vətəndaşlardan əsgərlik üçün tәlәb edilәn 6000 avronu 1000 avroya endirәcәyik. Almaniyada tәhsil alanlara akademik təqaüd təmin edәcәyik. 1000 avro Aspirantura təqaüdü ödәyәcәyik. 217 avro olan pasport xərcini 100 avroya düşürәcәyik. Xaricdən gətirilən avtomobillәrin Türkiyədə qalma müddətini 2 ilə çıxaracayıq. Türk Hava Yolları uçuşlarında ailə endirimi olacaq. Harada olursa olsun uşaq doğan hər anaya ilk uşağı üçün 300 , ikinciyə 400 , üçüncü uşağa 600 lira doğum hədiyyəsi verilәcәk” deyә bildirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr