Türk Qızıl Aypara Cəmiyyətindәn Nepala yardım

Türk Qızıl Aypara Cəmiyyəti, Nepalda zəlzələdən zərər çəkənlərə yardım edib.

260682
Türk Qızıl  Aypara Cəmiyyətindәn  Nepala yardım

Nepallılara qucaq açan Qızıl Aypara Cəmiyyəti bölgə əhalisinə qida, su və ədyal paylayıb.
Türk Qızıl Aypara Cəmiyyətinin Nepal Nümayəndə heyyətinin Rəhbəri Mücahit Sahil Duran, zəlzələdən 24 saat sonra paytaxt Katmanduda yardım işlərinə başladıqlarını bildirərək; ‘‘Simjung kəndi zəlzələdən ən çox təsirlənən bölgələrdən biridir. Buraya ilk gələnlərin arasındayıq. Nepal xalqına belə çətin günlərdə dəstək olmağa davam edəcəyik’’ deyib.
Yeri gəlmişkən qeyd edək ki, Qızıl Aypara Cəmiyyəti Bakthapur qəsəbəsinə nәhәng yardım çadırı qurub. Beləliklə Qızıl Aypara Cəmiyyətinin Nepaldaki çadır sayı 5-ə çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr