TRT-dən "Balkanların avazı"

Balkan ölkələrinə istiqamətli yayımlarını inkişaf etdirən TRT "Balkanların avazı" panelini təşkil edir.

260901
TRT-dən "Balkanların avazı"

  Orta Asiya və Qafqazla yanaşı Balkanlarda da türk dillərində danışan xalqlara xitab edən TRT Avaz bu panellə artıq Balkanlara yayım mövzusunu dəyirmi masaya çıxarır.

  "Daha yaxşısını necə edə bilərik?" sualıyla yola çıxan TRT 2 gün davam edəcək paneldə bu məsələnin cavablarını tərəflərlə birgə axtaracaq və müzakirə edəcək.

  "Balkanların avazı" panelinə Balkan ölkələri nazirləri, millət vəkilləri, media nümayəndələri və TRT-nin Baş direktoru Şenol Göka qatılacaq.

  Göka bu barədə etdiyi çıxışında "Biz Balkanları buraxmayacağıq, Balkanlardan əlimizi çəkməyəcəyik" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr