THY - ekonom-sinfə xidmətlə bağlı ən yaxşı hava yolu şirkəti

Yemək, içmək və gəzməklə bağlı əyləncə portalı olan "The Daily Meal" Türk Hava Yollarını (THY) "Ekonom-sinfə xidmətlə bağlı ən yaxşı hava yolu şirkəti" seçib.

260889
THY - ekonom-sinfə xidmətlə bağlı ən yaxşı hava yolu şirkəti

  Hava xəttindən ən çox istifadə edən təşkilatların nümayiş etdirdiyi hesabatlar və sərnişin fikirlərinə görə, THY əslində bu günə qədər fərqli yemək təqdimatı (ikram) kateqoriyasında bir çox mükafata layiq görülüb.

  "The Daily Meal"ın alternativ və ləzzətli yeməklər, təqdimat və qüsursuz xidmət kimi komponentləri nəzərə alan qiymətləndirməsində məlum olub ki, THY gözəl servisi təkcə biznes (business) deyil, həm də ekonom-sinfə təqdim edir və sərnişinlərinə xoşbəxt anlar yaşadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr