TRT 51 yaşında

1 may 1964-cü ildə qurulan Türkiyə Radio Televiziya Qurumu artıq 51 yaşına qədəm qoydu. Bu münasibətlə TRT-nin Baş direktoru Şenol Göka TRT yolunda əməyi keçən hər kəsi təbrik edib.

257139
TRT 51 yaşında

  Şenol Göka ictimai yayım olma məsuliyyəti ilə hərəkət edən TRT-nin etibarlı xəbərçi ünvanı və mədəniyyətin ən böyük dəstəkçisi olduğunu vurğulayıb.
“Televiziya və radio kanalları, yeni media xidmətləri və dərgiləriylə TRT bu gün dünyanın ən böyük yayım şirkətləri arasına girməyi bacarıb” deyən Göka “TRT yarım əsri aşan təcrübəsi və yayım fəaliyyətilə yanaşı həm də bir məktəb rolunu oynayaraq Türkiyənin və dünyanın bir çox media qurumuna nümunə olub” fikrini səsləndirirb.

  Şenol Göka səviyyəli və sadə yayım anlayışını TRT-nin dünən və bu gün olduğu kimi sabah da eyni əzmlə davam etdirəcəyini dilə gətirib.

  TRT-nin Baş direktoru “"Hədəfimiz TRT-ni dünyanın ən böyük və ən hörmətli media qurumları arasında daha üst pillələrə çatdırmaqdır. TRT bunu bacaracaq təcrübə və gücə malikdir. Gələn 1 Maylar estafeti bayrağımızla daha çox irəli daşıyacağımız günlər olacaq" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr