51 yaşlı TRT-ni təbriklər davam edir

1 may 1964-cü ildə qurulan Türkiyə Radio Televiziya Qurumu artıq 51 yaşına qədəm qoydu. Bu münasibətlə TRT-nin Baş direktoru Şenol Göka TRT yolunda əməyi keçən hər kəsi təbrik edib.

257799
51 yaşlı TRT-ni təbriklər davam edir

  Şenol Göka və onu müşayiət edən heyət TRT-nin 51-ci ildönümü mərasimlərinə ilk olaraq Anitkabirin ziyarəti ilə başlayıb. TRT heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinə çələng qoyub.

  Göka daha sonra Misaki-Milli qülləsinə keçərək xatirə dəftərinə ürək sözlərini yazaraq “TRT-n 51 ildir Respublika qanunları işığında Türkiyəyə xidmət verdiyini və gələcəkdə də dünyanın ən mühüm media qruplarından biri olacağı” ifadələrini işlədib.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan TRT qurumunu ildönümü münasibətilə təbrik edib, “kanalın yarandığı gündən bu yana etibarlı, doğru, tərəfsiz və xalqın gözlədiklərinə qarşılıq verən bir yayım olduğunu, bu sarıdan əhəmiyyətli bir vəzifəni boynuna götürdüyünü” söyləyib.

  Ərdoğan bildirib ki, “Fəaliyyət dairəsini genişləndirən TRT bu gün də yeni kanallar içərisində çoxdilli radio və televiziya yayımı olmaqla görkəmli bir qurum kimi fərqlənir”.
Baş nazir Əhməd Davudoğlu “TRT-nin milli və ortaq dəyərlər içində sadə, amma keyfiyyətli yayım anlayışını illərdir müvəffəqiyyətlə davam etdirdiyini” bildirib, "Qurulduğu dövrdən bu günə qədər TRT 7-dən 70-ə hər kəsin izlədiyi və güvəndiyi bir kanaldır. Beynəlxalq dərəcədə də qürur vəsiləmiz olan yayımlara imza ataraq TRT ölkəmizin marka dəyəri olub" ifadələrini işlədib.

  Baş nazir müavini Yalçın Akdoğan da “TRT-nin radio və televiziya yayımında həmişə qabaqcıl rol oynadığını və həmişə nümunə olduğunu” deyib, fikrini "Məktəb missiyasını ortaya qoyan TRT bu gün də bütün kanallar içərisində keyfiyyətilə seçilir" sözlərilə vurğulayıb.

  Akdoğan “Müasir dövrdə ingilis dilində kanalları ilə TRT Türkiyənin mesajını həm də dünyanın dörd bir yanına aparacaq” deyib.

  TRT-nin Baş direktoru Şenol Göka da “ictimai yayım olma məsuliyyəti ilə hərəkət edən TRT-nin etibarlı xəbərçi ünvanı və mədəniyyətin ən böyük dəstəkçisi” olduğunu vurğulayıb.

  “Televiziya və radio kanalları, yeni media xidmətləri və dərgiləriylə TRT bu gün dünyanın ən böyük yayım şirkətləri arasına girməyi bacarıb” deyən Göka “TRT yarım əsri aşan təcrübəsi və yayım fəaliyyətilə yanaşı həm də bir məktəb rolunu oynayaraq Türkiyənin və dünyanın bir çox media qurumuna nümunə olub” fikrini səsləndirirb.

  Şenol Göka səviyyəli və sadə yayım anlayışını TRT-nin dünən və bu gün olduğu kimi sabah da eyni əzmlə davam etdirəcəyini dilə gətirib.

  TRT-nin Baş direktoru “"Hədəfimiz TRT-ni dünyanın ən böyük və ən hörmətli media qurumları arasında daha üst pillələrə çatdırmaqdır. TRT bunu bacaracaq təcrübə və gücə malikdir. Gələn 1 Maylar estafeti bayrağımızla daha çox irəli daşıyacağımız günlər olacaq" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr