Mǝrasimlǝri dünya mediası çox sayda jurnalistlǝ izlǝyǝcǝk
Çanaqqalada keçirilǝcǝk mǝrasimlǝri dünya mediası çox sayda jurnalistlǝ izlǝyǝcǝk.
Çanaqqalada keçirilǝcǝk mǝrasimlǝri dünya mediası çox sayda jurnalistlǝ izlǝyǝcǝk.
Çanaqqalada quruda gedǝn döyüşlǝrin 100-ci ildönümü münasibǝti ilǝ 24-25 apreldǝ Gǝliboluda tǝşkil edilǝcǝk mǝrasimlǝri 14 ölkǝdǝn 1100 jurnalistin izlǝyǝcǝyi bildirilib.
Mǝrasimlǝrdǝ Türkiyǝnin mǝtbuatı ilǝ yanaşı Azǝrbaycan, Çin, Fransa, İtaliya, Polşa, Bolqarıstan, Kanada, ABŞ, Almaniya, İraq, Avstraliya, Yeni Zelandiya vǝ İngiltǝrǝdǝn gǝlǝcǝk media mǝnsubları iştirak edǝcǝklǝr.
Mǝrasimlǝri izlǝyǝcǝk jurnalistlǝr Әcǝabat gǝmi yanalma yerindǝn toplu çǝkildǝ Şǝhidlǝr abidǝsi, İngilis, Fransız abidǝlǝri, Anzaq buxtası, Avstraliya abidǝsi, 57-ci Alay Şǝhidliyi vǝ Yeni Zelandiya abidǝsi olmaqla 7 ayrı yerdǝ olacaqlar.
Әcǝabad limanı yaxınlığında qurulacaq mǝtbuat çadırında jurnalistlǝrǝ hǝr sahǝdǝ kömǝklik göstǝrilǝcǝk.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...