Ərdoğandan Avropa Parlamentinə reaksiya

Ərdoğandan Avropa Parlamentinə reaksiya: "Türkiyənin ermənilərə qucaq açdığını görmürsünüzmü vicdansızlar?"

241147
Ərdoğandan Avropa Parlamentinə reaksiya

Ərdoğandan Avropa Parlamentinə reaksiya: "Türkiyənin ermənilərə qucaq açdığını görmürsünüzmü vicdansızlar?"
Avropa Parlamentinin Ermənilərin haqqını, hüququnu qorumaq məqsədinin olmadığını, ermənilәrin ölkәnin başqa yerlәrinә köçürülmәlәrinin 100-cü illiyi bəhanə edilәrәk yenidən və daha güclü şəkildə Türkiyә və millətini qaralamağa başladığını ifadә edәn prezident Rәcәb Tayyıb Ərdoğan, Papa Francisin mövzu ilә bağlı sözlәrinә lazımlı cavabın dərhal verildiyini bildirib.
Avropa Parlamentinin 1915-ci il hadisələri mövzusunda Erməni lobbisinin əsassız iddialarını dəstəkləyən qərar qәbul etdiyini xatırladan Ərdoğan, bunun zәrrә qәdәr əhəmiyyət kәsb etmәdiyini ifadә edәrә bildirib ki, "Bu məsələnin siyasilәşdirilmәsi ən çox ermənilərә zərər verir".
Ermənilərlə heç bir әlaqәlsi olmayanların, 1915 hadisələrinә dair açıqlama vermәk hüquqlarının olmadığını ifadә edәn Ərdoğan: "Ölkəmdə, 40 minə qәdәr Türkiyə vətəndaşı erməni yaşayır. Ermənistandan qaçaraq ölkəmə pәnah gәtirәn Ermənilər də var. Onlara ev sahibliyi edirik. Bunları görmürsünüzmü vicdansızlar" sözlәriylә Avropa Parlamenti və Papaya reaksiya verib.
Ermənilərlə Türkiyәnin heç bir probleminin olmadığını deyәn Ərdoğan: "Bizimle və erməni qardaşlarımızla problemi olan erməni diasporudur" deyә qeyd edib.
Türkiyə olaraq dəfələrlə Ermənistana əl uzatdıklarını, yaxşı niyyətlərini ortaya qoyduqlarını ancaq Ermənistan, diasporun və digər ölkələrin istiqamәtlәndirilmәlәri ilә hәrәkәt edәrәk öz iradәsini әks etdirәn siyasәt izlәmәdiyini sözlәrinә әlavә edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr