Kapadokya fərqli bir gözəlliyə bürünüb

Kapadokyada qar

232952
Kapadokya  fərqli bir gözəlliyə bürünüb

Kapadokyada qar

Türkiyənin mühüm turizm mərkəzlərindən Kapadokya, qarla fərqli bir gözəlliyə büründü.

Səhər saatlarında təsirini artıran qar, Kapadokya bölgəsində Göreme, Zelve, Ürgüp, Paşabağları, Uçhisar və Avanosdakı peribacalarında gözəl mənzərələr meydana gətirdi.

Görəmə Açıq Hava Muzeyinə gələn turistlər qarf hazırlıqsız yaxalandı. Gəzintilərini qısa tutan yerləşdikləri təsislərə dönmək məcburiyyətində qaldı.

Hava istiliyinin sıfırın altında 2 dərəcəyə qədər düşdüyü bölgədə bəzi turistlər qar topu oynayaraq, apreldə yağan sürpriz qarın kefini çıxardı.

Səhər erkən saatlarda havalanan isti hava balonları isə uçuşlarını problemsiz tamamladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr