Prezident şәhid Prokurorun ailәsini ziyarәt edib

Prezident şәhid Prokurorun ailәsini ziyarәti zamanı әhәmiyyәtli mesajlar verib

221362
Prezident  şәhid Prokurorun  ailәsini ziyarәt  edib

Prezident Ərdoğan Kirazın ailәsinә başsağlığı verib.
Rumıniyaya sәfәrini yarıda kәsәrәk vәtәnә qayıdan prezident Rəcəb Tayyib Ərdoğan, İstanbul Ədliyyə Sarayında vəzifəsi başında şəhid olan Prokuror Mәhmәt Səlim Kirazın evinə gedәrәk ailәsinә başsağlığı verib.
Kiraz ailəsinin evində bir müddət qalan və quran oxuyan prezident Ərdoğan "Gün, birlik, hәmrәylik günüdür. Demik olar ki, milli hәmrәyliyә hәr şeydәn çox zәrurәt olan gündür. Bu mövzularda hassasiyetimizi qorumalıyıq” deyib.
Mediada әks edәn fotoşəkillər heç kəsi qorxudmamalıdır. Әksinә nә qәdәr güclü olduğumuzu sәrgilәmәliyik deyәn Prezident,"Ölkənin dincliyi vә rifahını hәdәf götürәnlәr sinsi әmәllәrinә nail ola bilmiyәcәklәr. Mən buna inanıram. Belә bir şeyә imkan vermәmәliyik. Daha fərqli tədbirlər hәyata keçirmәliyik. Vәziyyәt daha diqqətli vә həssas olmamızı tələb edir" deyə vurğulayıb.
Ərdoğan "ədliyyə binasına giriş әsnasında vәkillәrin yoxlanmalarının qadağan olduğunu nәzәrdә tutan qanunu dәyişdirәcәklәrini dә sözlәrinә әlavә edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr